DÜNYA


Türkiyədə “İldırım-10 Norduz” antiterror əməliyyatı başlayıb

Türkiyə Daxili İşlər Nazirliyi ölkənin Van bölgəsində “İldırım-10 Norduz” adlı antiterror əməliyyatına başlayıb.AZƏRTAC xəbər verir ki, əməliyyata 1000 nəfərdən çox şəxsi heyət, helikopterlər, pilotsuz uçuş aparatları və digər texnika cəlb olunub.Bundan əvvəl keçirilən ardıcıl 9 əməliyyat nəticəsində 46 terrorçu məhv edilib, terror təşkilatları ilə əməkdaşlıq edən 23 nəfər yaxalanıb, 90 mağara, sığınacaq və anbar dağıdılıb. Terrorçulara məxsus çox sayda silah-sursat, geyim və qida məhsulları aşkarlanıb.