DÜNYA


İranlı rejissor Məcid Məcidinin “Günəş” filmi Venesiya film festivalına təqdim olunub

İranın tanınmış rejissoru Məcid Məcidinin “Günəş” filmi 77-ci beynəlxalq Venesiya film festivalına təqdim olunub.
AZƏRTAC xəbər verir ki, rejissorun yeni filmi yetkinlik yaşına çatmayan uşaqların hətayından bəhs edir. Bu uşaqlar kasıbçılıq ucbatından işləmək məcburiyyətində qalaraq təhsil ala bilmir və bir çox problemlərlə qarşılaşırlar. İtaliyada səfərdə olan rejissor mətbuat konfransı keçirərək nəzərə çatdırıb ki, uşaqların istismar edilməsi yalnız İranın deyil bütün dünyanın problemidir. Rejissor bildirib ki, bu filmlə o dünya ictimaiyyətinin diqqətini problemin həllinə yönəltməyə çalışıb. O qeyd edib ki, İran böyük problemlərin mövcud olduğu regionda yerləşir. İqtisadi sanksiyalar uşaqların inkişafına mənfi təsir göstərir.