DÜNYA


Manisada hektarlarla meşə ərazisində yanğın baş verib

Manisa vilayətinin Soma rayonunda hektarlarla meşə ərazisində yanğın baş verib. Yanğının əhatəsi genişləndiyi üçün Soma rayonun Təkəli İşıqlar qəsəbəsi əhalisinin bir hissəsi ərazidən təhliyə edilib. Ərazidə olan yanğın söndürənlər alovun evlərə keçməsinin qarşısını alıb. Qeyd edək ki, ətrafda yaşayış məntəqələrində 150 ailə yaşayır.