DÜNYA


Sudan hökuməti selin vurduğu ziyanın aradan qaldırılması üçün tədbirləri gücləndirib

Sudan hökuməti dağıntılara və 99 insanın ölümünə səbəb olan sel və daşqınların fəsadlarını aradan qaldırmaq məqsədilə ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edib.Sudanın Əmək və Sosial İnkişaf Nazirliyinin məlumatında bildirilir ki, təbii fəlakət nəticəsində 49 nəfər yaralanıb, 100 mindən artıq ev dağılıb və 1 milyona yaxın insan evsiz-eşiksiz qalıb. Qeyd olunub ki, Sudanda bu cür güclü sel və daşqınlar ötən əsrdə - 1946-cı və 1988-ci illərdə baş verib.