CƏMİYYƏT


Abşeronda qadına qarşı quldurluq edən iki nəfər saxlanılıb

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini Ş.Paşayeva sentyabrın 7-də saat 19 radələrində Novxanı kəndinə geymək məqsədilə şəhər ərazisində bir avtomobilə sərnişin qismində əyləşdiyini, kənd ərazisində sürücü və digər sərnişinin onu avtomobildən düşürərək, bıçaqla hədələyib 300 manatını və iki mobil telefonunu alıb hadisə yerini tərk etdiklərini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini S.Mehralıyev və Xırdalan şəhər sakini əvvəllər məhkum olunmuş Z.Abbasov polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyənləşdirilərək saxlanılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır