MƏDƏNİYYƏT


Daxili turizmdə aktivlik müşahidə olunur

Sentyabrın 8-dən Bakı və regionlar arasında gediş-gəliş bərpa olunduğundan daxili turizmdə dirçəlmə müşahidə edilir. Dövlət Turizm Agentliyindən bildirildi ki, nəzərəçarpacaq fəallıq bu həftədən hiss olunmağa başlayıb. Turizm eksperti də təsdiq etdi ki, pandemiya dövründə karantin məkanları kimi istifadə olunan otellər xidmətə hazırdı. Belə ki, bölgələrdəki otellər artiq kütləvi şəkildə rezervasiya edilib.Otellər müştərilərin yolunu gözləyir. Amma pandemiya şəraiti ilə əlaqədar olaraq sanitar-gigiyenik qaydalara ciddi riayət olunmaq şərtilə...
Mütəxəssislər sərt karantin rejimi ilə bağlı qaydaların yumşaldılmasına və turizmin inkişafı üçün regionlara turist səfərlərinin təkan verəcəyinə ümid edirlər. Xarici turizmə gəlincə, Dövlət Turizm Agentliyinin rəsmisi bildirdi ki, dünya təcrübəsindən yararlanaraq hazirda bu istiqamətdə vəziyyətdən çıxış mexanizmləri hazırlanır.