DÜNYA


Kaliforniyada baş verən meşə yanğınları San-Fransisko səmalarını narıncı rəngə boyadı

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında baş verən meşə yanğınları ekoloji vəziyyətə təsir edib. Belə ki, San-Fransisko şəhərində qeyri-adi hallar müşahidə olunmağa başlayıb. Şəhərin açıq səması narıncı rəngə boyanıb. San-Fransisko sakinləri bu halla ilk dəfə qarşılaşdıqlarını deyiblər.