DÜNYA


Əlində balta olan şəxs Anadolu agentliyinin binasına daxil olmaq istəyərkən saxlanılıb

Türkiyənin Anadolu agentliyinin əsas binasına daxil olmaq istəyən şəxs mühafizə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində saxlanılaraq polisə təhvil verilib.AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 35 yaşlı Emre Öz agentliyin binasına daxil olmaq istəyərkən əlində balta olub. Saxlanılan şəxs sağlamlıq müayinəsindən keçiriləndən sonra istintaqa cəlb edilib. Hələlik hücum cəhdi kimi dəyərləndirilən insidentin dəqiq səbəbi bəlli deyil.