MƏDƏNİYYƏT


Şirvanşahların sonuncu iqamətgahı Buğurt qalasında arxeoloji tədqiqat işləri aparılır

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin müdiri Akif Quliyevin rəhbərliyi altında Şamaxı arxeoloji ekspedisiyası Qaladərəsi kəndi yaxınlığında yerləşən, Şirvan hakimlərinin sonuncu iqamətgahı olan əfsanəvi Buğurt qalasında arxeoloji tədqiqat işlərinə başlayıb.İnstitutdan AZƏRTAC-a bildirilib ki, Buğurt qalası Şamaxı şəhərindən 20 km şimal-qərbdə, hər tərəfi meşə ilə örtülü olan hündür bir dağın zirvəsində yerləşir.