DÜNYA


Beyrut limanı yenidən yanır

Livanın paytaxtı Beyrut şəhərinin dəniz limanı ərazisində yeni yanğın başlayıb.AZƏRTAC Al Arabiya telekanalına istinadla xəbər verir ki, güclü yanğın avqustun 4-də partlayışın baş verdiyi anbarın yaxınlığında başlayıb.Yanğının səbəbləri hələ ki, məlum deyil. Hazırda yanğınsöndürən maşınlar və təcili tibbi yardım avtomobilləri hadisənin baş verdiyi ərazidə fəaliyyət göstərir. Livan ordusunun helikopterləri də yanğının söndürülməsinə cəlb olunub. İşçilər təcili olaraq liman ərazisini tərk edir.