DÜNYA


Yunanıstanın Lesbos adasında polislə miqrantlar arasında qarşıdurma baş verib

Yunanıstanın Lesbos adasında polislə miqrantlar arasında qarşıdurma baş verib.AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, adada baş vermiş yanğın nəticəsində Moria qaçqınlar düşərgəsindən olan miqrantlar Mitilini limanı tərəfə qaçaraq adanı tərk etmək istəyiblər. Bu zaman miqrantlarla polis arasında qarşıdurma yaşanıb. Polis gözyaşardıcı qaz tətbiq etməklə etirazın qarşısını almağa və iştirakçıları qanuna riayət etməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır