DÜNYA


ABŞ-da meşə yanğınlarında ölənlərin sayı 23 nəfərə çatıb

ABŞ-ın qərb ştatlarında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.Hazırda yanğınlar ölkənin qərb sahilindəki 12 ştatı əhatə edir.Ölənlərdən 19 nəfəri Kaliforniyada, 3 nəfər Oreqon, 1 nəfər isə Vaşinqton ştatlarında qeydə alınıb. Oreqon ştatında 500 mindən çox sakin təxliyyə olunub. Yanğınlar ümumilikdə 1,4 milyona yaxın meşə sahəsini məhv edib.