DÜNYA


Konqoda qızıl mədəninin çökməsi nəticəsində 50 nəfər ölüb

Konqo Demokratik Respublikasının şərqindəki “Detroit” qızıl mədənində şaxtanın çökməsi nəticəsində azı 50 nəfər ölüb.Yerli qeyri-hökumət təşkilatına istinadən “Reuters” məlumat yayıb ki, hadisə güclü yağışlar səbəbindən baş verib. Məlumata görə, mədən Kanadanın “Banro Corporation” şirkətinə məxsusdur.