DÜNYA


Qum fırtınası Ankaranı qaranlığa qərq edib

Ankarada qum fırtınası Polatlı və Haymana rayonlarını qaranlığa qərq edib. Toz buludu güclü küləklə müşayiət olunur.AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bir anda göy üzünü bürüyən toz buludu vətəndaşları təşvişə salıb.Qum fırtınası Ankaranın mərkəzində də yaşanıb. Güclü küləyin havada uçurduğu əşyalar altı nəfərin yaralanmasına səbəb olub. Binaların damları uçub, ağaclar aşıb. Bəzi yerlərdə elektrik və telefon xətləri sıradan çıxıb.