DÜNYA


Ankarada əlverişsiz hava şəraiti bir sıra problemlər yaradıb

Sentyabrın 12-də günortadan sonra Ankarada baş verən güclü külək və qum fırtınası bir sıra problemlər yaradıb. Küləyin gətirdiyi cisimlərin çırpılması nəticəsində altı nəfərin zərər çəkdiyi bildirilir.
AZƏRTAC xəbər verir ki, küləyin sürəti saatda 80-90 kilometrə çatıb. Kənd təsərrüfatı sahələrində çalışan işçilər üçün problemlər yaranıb. Külək tarlalarda qurulan çadırları dağıdıb.