CƏMİYYƏT


Sabah Bakıda 30 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22°, gündüz 27-30° isti, Bakıda gecə 19-21°, gündüz 28-30° isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır