MƏDƏNİYYƏT


77-ci Venesiya kino festivalının mükafatçıları məlum oldu

İtaliyada 77-ci Venesiya kino festivalı yekunlaşıb. Festivalın “Müqəddəs Markın Qızıl şiri” mükafatını Xloi Çjaonun “Köçərilərin torpağı” filmi qazanıb. Kiesi Kurasavanın “Cəsusun həyat yoldaşı” filmi ən yaxşı rejissor işinə görə “Müqəddəs Markın gümüş şiri”nə layiq görülüb. Rusiyalı Andrey Konçalovskinin “Əziz yoldaşlar!” filmi münsiflər heyətinin xüsusi mükafatını alıb.