DÜNYA


Çin orbitə eyni raketlə 9 peyk çıxarıb

Çin sentyabrın 15-də Sarı dənizdə üzən buraxılış məntəqəsindən “Long March-11” raketdaşıyıcısı ilə orbitə 9 peyk çıxarıb.AZƏRTAC xəbər verir ki, “Jilin-1 Gaofen 03-1” qrupundan olan peykləri orbitə çıxaran raketin buraxılışı yerli vaxtla saat 09:23-də olub. Videoçəkiliş üçün nəzərdə tutulan peyklərdən ikisi Çin Mərkəzi Televiziyası (CCTV), digəri isə “Bilibili” video paylaşım platformasına xidmət edəcək. Ümumilikdə, 9 peyk ölkədə ərazilərin tədqiqatı, şəhər planlaşdırılması, təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün istifadə olunacaq.Qeyd edək ki, Çin Kosmos Elmləri və Texnologiyaları Korporasiyasının hazırladığı “Long March-11” (Böyük yürüş”) daşıyıcı raketi bərk yanacaqla işləyir. Belə raketlər kiçik ölçülü peykləri orbitə çıxarmaq üçün istifadə olunur. Bu, "Long March" seriyasından olan raketlərin 346-cı buraxılışı idi.