ELM VƏ TƏHSİL


Gəncədə yeni inşa olunmuş 28 saylı məktəbin binası istifadəyə verilib

2020-2021-ci tədris ilində Gəncə şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Azərbaycan Bayrağı küçəsində salınan yaşayış kompleksində inşa edilmiş 28 saylı tam orta məktəbin binasının açılışı olub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pandemiya şəraitində karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən açılış mərasimində Təhsil naziri Emin Əmrullayev, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər.