Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyədə uçan avtomobil sınaqdan keçirilib

16.09.2020 [10:54]

Türkiyədə ilk yerli uçan avtomobilin sınaq uçuşu uğurla keçib. ANADOLU agentliyinin yaydığı məlumata görə, avtomobil "Baykar" şirkətinin mühəndisləri tərəfindən yaradılıb və CEZERİ adını aldı.CEZERİ ilk dəfə 2019-cu ildə İstanbulda TEKNOFEST Aviasiya və Kosmik Texnologiyaları Festivalı çərçivəsində təqdim edildi.