DÜNYA


“Salli” qasırğası Floridada və Alabamada dağıntılara səbəb olub

Florida ştatının Eskambiya dairəsində “Salli” qasırğasının doğurduğu daşqından sonra azı 177 nəfər xilas edilib. Şəhər administrasiyası komendant saatı tətbiq edib. Alabama ştatında elektrik cərəyanı verilişində yaranmış fasilə üzündən ştatın Mobayla bölgəsində də komendant saatı tətbiq edilib. Həftənin sonuna qədər məktəblər bağlı olacaq.