DÜNYA


Rusiyada narkoloji klinikada baş verən yanğın nəticəsində 4 nəfər həlak olub

Rusiyanın Krasnoyarsk diyarında özəl narkoloji klinikada baş verən yanğın nəticəsində 4 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Qısaqapanma nəticəsində yaranan yanğın zamanı iki nəfər də xəsarət alıb. Onların vəziyyəti ağırdır.Hadisə ilə əlaqədar cinayət işi açılıb. Klinikanın rəhbəri saxlanılıb.