CƏMİYYƏT


Bəzi yerlərdə qısamüddətli yağış yağacaq

Sentyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacaq.