DÜNYA


ABŞ-da davam edən meşə yanğınlarının tüstüsü Şimali Avropaya çatıb

ABŞ-ın qərb sahillərində davam edən meşə yanğınlarının tüstüsü Şimali Avropaya çatıb.AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Atmosferin Monitorinqi Xidməti (CAMS) məlumat yayıb. Məlumata əsasən, bu həftə ərzində tüstü Atlantik Okeanını yenidən aşaraq istirahət günlərində Avropaya çatacaq.Avropa Atmosferin Monitorinqi Xidməti qeyd edir ki, cari ildə ABŞ-da yanğın aktivliyi 2003-2019-cu illərdəki göstəricilərdən onlarla, hətta yüz dəfələrlə çoxdur. Bundan başqa, 2020-ci ildə Kaliforniya və Oreqon ştatlarında baş verən meşə yanğınları səbəbindən atmosferin karbon qazı ilə çirklənməsi təşkilatın 2003-cü ildən apardığı monitorinq dövrü ərzində ən yüksək göstəriciyə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır