DÜNYA


Uxan 8 aylıq fasilədən sonra beynəlxalq uçuşları bərpa edib

Çində yeni növ koronavirusun (COVID-19) aşkarlandığı və ən çox yayıldığı Uxan şəhəri 8 aylıq fasilədən sonra hava nəqliyyatı ilə beynəlxalq sərnişin daşınmasını bərpa edib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da yerli vaxtla saat 10:30-da Cənubi Koreyanın “T'way” aviasiya şirkətinə məxsus və göyərtəsində 60 sərnişin olan “Boeing 737” tipli təyyarə Uxanın “Tianhe” beynəlxalq hava limanına enib. Epidemiya əleyhinə qaydalara uyğun olaraq, bütün sərnişinlər COVID-19 testinin mənfi nəticəsini və sağlamlıq haqqında arayışı təqdim ediblər.