Türkiyədə avtobusun aşması nəticəsində 30 nəfər xəsarət alıb
18.09.2020 [11:54]
Xəbərin mətni
Türkiyədə Aksaray-Adana marşrutu ilə hərəkət edən şəhərlərarası sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
AZƏRTAC xəbər verir ki, qəza nəticəsində 30 nəfər xəsarət alıb. Onlardan 27-si sərnişindir. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.