Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub

19.09.2020 [10:19]

Xəbərin mətni

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 36 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.