DÜNYA


Yunanıstan Yanoş qasırğası ilə mübarizə aparır

Yunanıstan Yanoş qasırğası ilə mübarizəni davam edir. AZƏRTAC fövqəladə vəziyyətlə əlaqədar yaradılan qərargahın məlumatına istinadla
xəbər verir ki, Fesaliya rayonunda qasırğa nəticəsində iki qadın itkin düşüb, şəhərlər və kəndlər dağılıb. Daşqınlar nəticəsində yollar yararsız vəziyyətə düşüb, evlərin damları küləyin gücü nəticəsində uçub, maşınlar çevrilib, su və elektrik enerjisi təchizatında problemlər yaranıb. Sakinlər qorunmaq üçün kilsədə sığanacaq tapıb. Vəziyyətlə bağlı qabaqlayıcı tədbirlər görülür.