Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda 28° isti olacaq

24.09.2020 [14:27]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20°, gündüz 26-28° isti, Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacaq.