CƏMİYYƏT
Səbail rayonunda velosiped oğrusu saxlanılıb
28.09.2020 [15:57]
Paytaxtın Səbail rayonunda müxtəlif ticarət mərkəzlərinin və parkların qarşısında velosiped oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən zərərçəkən şəxslərdən daxil olan şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı həmin cinayətləri törətməkdə şübhəli bilinən Suraxanı rayon sakini Hüseyn Şahbazlı tutulub. O, ifadəsində Səbail rayonunun inzibati ərazisindən 10-a yaxın velosiped oğurladığını bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
01.06.2023 [20:28]
01.06.2023 [20:23]
01.06.2023 [14:52]
01.06.2023 [16:42]
02.06.2023 [18:57]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
03.06.2023 [08:51]