SİYASƏT
Latviya Seyminin deputatı: Azərbaycan yalnız öz torpaqlarını qoruyur
02.10.2020 [17:30]
Xəbərin mətni
Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvü Aleksandr Kirşteyns son erməni təxribatları ilə əlaqədar bu ölkənin TV24 telekanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, latviyalı deputat Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi, işğal olunmuş ətraf rayonların Dağlıq Qarabağın ərazisinə aidiyyətinin olmaması, Azərbaycanın yalnız öz torpaqlarını qoruması kimi məqamlara toxunub.