SİYASƏT
Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirilib
02.10.2020 [20:35]
Azərbaycan Ordusunun qətiyyətli zərbələri qarşısında duruş gətirə bilməyən düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır.AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, qəhrəman hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin daha bir neçə - ondan çox texnikasını, o cümlədən “URAL” markalı hərbi maşınlarını qənimət olaraq ələ keçirib. Avtomobillərin içərisində Ermənistan ordusuna məxsus silah-sursat, geyimlər, əsgər ləvazimatları və s. aşkarlanıb. Hərbi texnikalar çox istifadəyə yararlıdır.Qeyd edək ki, daha əvvəl də Ermənistan ordusunun bir neçə hərbi maşını qənimət olaraq ələ keçirilmişdi.
26.04.2024 [21:13]
26.04.2024 [21:07]
26.04.2024 [21:03]
26.04.2024 [20:51]
26.04.2024 [20:46]
26.04.2024 [13:28]
26.04.2024 [12:50]
26.04.2024 [12:41]
26.04.2024 [14:56]
23.04.2024 [15:11]
23.04.2024 [19:24]
23.04.2024 [16:41]
21.04.2024 [19:28]
21.04.2024 [18:25]
21.04.2024 [18:00]
25.04.2024 [13:33]
23.04.2024 [20:36]
20.04.2024 [13:54]