CƏMİYYƏT


Sabah bəzi yerlərdə yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, gecəyə doğru isə yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18°, gündüz 22-25° isti, Bakıda gecə 15-17°, gündüz 22-24° isti olacaq.