SİYASƏT


İsveçin KİV nümayəndələri Ermənistanın son təxribatları barədə məlumatlandırılıb

İsveç Azərbaycanlıları Koordinasiya Şurası (İAKŞ) Ermənistanın son hərbi təxribatları ilə əlaqədar Stokholmda mətbuat konfransı təşkil edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Ermənistan ordusunun cəbhəboyu ərazidə törətdiyi növbəti təxribatlar barədə ətraflı məlumat verilib, İsveçin media nümayəndələrinin sualları cavablandırılıb.