SİYASƏT


Prezidentin köməkçisi: Son günlər Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndlərinə 10 mindən çox mərmi atılıb

Ermənistanın siyasi-rəhbərliyinin Azərbaycana qarşı müharibə cinayətləri davam etməkdədir.AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.H. Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Horadiz, Beyləqan və Tərtər şəhərlərinə “Smerç” və “Toçka-U” sistemlərindən istifadə etməklə zərbələr endirilib, ölən və yaralananlar var. Bu, düşünülmüş hərbi strategiyadır, mülki obyektlər hədəf alınır. Son günlər Azərbaycanın şəhər və kəndlərinə 10 mindən çox mərmi atılıb.