SİYASƏT


Anar Eyvazov: Azərbaycanın zərbə PUA-ları Ermənistan silahlı qüvvələrinin döyüş texnikalarını sıradan çıxarmaqda davam edir

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Ermənistan tərəfi yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin, pilotsuz uçuş aparatlarının (PUA) vurulması və bu tipli digər feyk xəbərlər, müxtəlif dezinformasiyalar yayır. Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb və Azərbaycanın zərbə PUA-ları düşmənin döyüş texnikalarını darmadağın etməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 4-də keçirilən brifinqdə deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır