SİYASƏT


Leyla Abdullayeva: 24 mülki şəxs ermənilərin atəşi nəticəsində qətlə yetirilib

27 sentyabrdan bu günə qədər Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını və infrastrukturunu atəşə tutması nəticəsində həlak olanların, yaralananların sayı açıqlanıb.AZƏRTAC xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə bildirib ki, 27 sentyabr tarixindən yeni təcavüz aktına əl atan Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini o cümlədən Cenevrə Konvensiyasını və onun tələblərini kobudcasına pozaraq azərbaycanlı mülki şəxsləri və mülki infrastrukturu məqsədyönlü şəkildə hədəfə alır. Onun sözlırinə görə, sentyabrın 27-dən indiyə qədər 24 mülki şəxs ermənilərin atəşi nəticəsində qətlə yetirilib, 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdılıb.