SİYASƏT


Mövlud Çavuşoğlu: NATO başda olmaqla hər kəs Ermənistandan Azərbaycan torpaqlarından çəkilməsini tələb etməlidir

Ermənistanın mülki Azərbaycan əhalisinə hücumları yeni deyil. Ermənistan tarixinə nəzər salsaq, Xocalıda uşaq və qadınlar da daxil olmaqla 613-dən çox insanın necə qətlə yetirdiyini görə bilərik. Bu ilin iyulunda Ermənistan yenə mülki əhaliyə hücum etdi. Bu dəfə də həm azərbaycanlı hərbçilər, həm də dinc əhali arasında ölənlər oldu. İndi Bakı ətrafına və Gəncəyə raket atıblar. Əslində bu hərəkətlər müharibə cinayətidir. Azərbaycan isə işğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparır.