Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident: Bu çətin dönəmdə dost-qardaş ölkələrin dəstəyi bizim üçün çox önəmlidir və bizə mənəvi güc verir

06.10.2020 [12:19]

Xəbərin mətni

Fürsətdən istifadə edərək, bizim digər dost-qardaş ölkələrə də təşəkkürümü bildirmək istəyirəm. Türkiyədən sonra bizə ikinci dəstək verən ölkə Pakistan oldu, ondan sonra Əfqanıstan oldu, ondan sonra daha bir neçə ölkə bizə öz dəstəyini göstərdi. Onların hər birinə, o ölkələrin prezidentlərinə təşəkkürümü bildirirəm. Bu çətin dönəmdə təbii ki, onların həmrəyliyi, dəstəyi bizim üçün çox önəmlidir və bizə mənəvi güc verir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI