İQTİSADİYYAT


Şəmkirin Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunun yenidən qurulması yekunlaşır

Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli–Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunun yenidən qurulması işləri sonuncu mərhələdədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.