SİYASƏT


Ceyhun Bayramov: Regionda sülhün bərqərar olması bizim ən böyük arzumuzdur

Regionda sülh və əmin-amanlığın bərqərar olması bizim ən böyük arzumuzdur.AZƏRTAC xəbər verir ki, bunu bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.Azərbaycanın sülhsevər dövlət olduğunu vurğulayan nazirin sözlərinə görə, Azərbaycanın Ermənistan dövləti istisna olmaqla, bütün region ölkələri ilə müxtəlif sahələrdə çox sıx əməkdaşlığı var. Nazir vurğulayıb ki, Azərbaycan həmin dövlətlərlə birlikdə bir çox böyük regional layihələrin iştirakçısı və təşəbbüskarıdır. Eyni zamanda, Azərbaycan və Türkiyə arasında regional sülhə, tərəqqiyə xidmət edən, ölkələrimizin, xalqlarımızın rifah halını yaxşılaşdıran, potensialımızı artıran çoxsaylı layihələr icra olunur.