SİYASƏT


Türkiyə Prezidenti: Ermənistan Azərbaycan ərazilərini təkcə işğal etməyib, həm də orada insanlıq cinayətləri törədib

Son vaxtlar bölgəmizdə yaşanan ən mühüm hadisələrdən biri işğalçı Ermənistanın Azərbaycan torpaqlarına yenidən başladığı hücumlar nəticəsində yaranmış gərginlikdir. Beynəlxalq ictimaiyyət Azərbaycanın Qarabağ və ətraf bölgələrinin ermənilər tərəfindən işğal edilməsinə hələ də susur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin iclasından sonra xalqa müraciətində söyləyib.