İQTİSADİYYAT


Xaçmazda payızlıq əkinləri bəyan edən 100 fermerə "Fermer kartı" verilib

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 7-də aqrar səyyar xidmət Xaçmaz rayonunun Müşkür kəndində təşkil olunub. Səyyar xidmət zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş, torpaq məlumatlarını və payızlıq əkinləri bəyan etmiş 100 fermerə "Fermer kartı" verilib.