Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təhsil naziri: Düşmən hücumları nəticəsində 40-a yaxın məktəb dağıntılara məruz qalıb

16.10.2020 [11:14]

Xəbərin mətni

Sentyabrın 27-dən başlayan düşmən hücumları nəticəsində 40-a yaxın məktəb dağıntılara məruz qalıb.AZƏRTAC xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın oktyabrın 16-da keçirilən brifinqində deyib.O bildirib ki, düşmənin mülki əhaliyə hücumları nəzərə alınaraq ölkə ərazisində 1221 məktəbin fəaliyyəti dayandırılıb.