SİYASƏT


Gəncədəki Yəhudi Dini İcmasının üzvləri: Ermənistan humanitar atəşkəsə baxmayaraq, dinc sakinləri atəşə tutur

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqal oktyabrın 18-də Gəncədəki Yəhudi Dini İcmasının üzvləri ilə görüşüb.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, görüşdə icma üzvləri baş ravvinə Ermənistan ordusunun törətdiyi qanlı terror aktı, dinc əhalini hədəfə alması və nəticədə çoxlu sayda mülki şəxsin həlak olması və yaralanması barədə məlumat veriblər. Bildirilib ki, dinc əhalini hədəfə alan Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrinə raket və ağır artilleriya atəşləri nəticəsində dinc sakinlər həlak olur, yaralanır, evlər, mülki obyektlər dağıdılır. Amma düşmənin xain hücumları sakinləri qətiyyət qorxutmur.