MƏDƏNİYYƏT


Azərbaycan rəssamları Azərbaycan əsgərinə mənəvi dəstək göstərdi

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə ön cəphədə döyüşən əsgərlərimizə mənəvi dəstək göstərmək, ruh yüksəkliyini artırmaq məqsədilə aksiya xarekterli videoçarx hazırlanıb.Videoçarxda Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, Səlhab Məmmədov, heykəltəraş Akif Əsgərov, əməkdar rəssam Azad Əliyev, Vüqar Muradov, Anar Hüseynzadə, Milena Nəbiyeva, gənc rəssam Nigar Familsoy, Həcər Əliyeva, Aysel Nağıyeva Azərbaycan əsgərinə döyüşlərdə göstərdikləri rəşadət və qələbələrinə görə təşəkkür ediblər.Videoçarxı Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.