SİYASƏT


BMT-nin baş qərargahının binası qarşısında Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı etiraz aksiyası keçirilib

ABŞ-ın Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) baş qərargahının binası qarşısında Ermənistanın Azərbaycana qarşı təcavüzü, Yerevanın işğalçı siyasəti və Gəncə hadisələri ilə bağlı etiraz və Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.AZƏRTAC xəbər verir ki, Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə keçirilən aksiyada Nyu-York, Nyu-Cersi, Massaçusets, Meyn ştatalarının və Vaşinqton şəhərinin Azərbaycan və Türk icmalarının üzvləri iştirak ediblər.