SİYASƏT


Mustafa Şentop: Türkiyə Azərbaycanı haqlı mübarizəsində sonadək dəstəkləməkdə qətiyyətlidir

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə həmişə Azərbaycanın yanındadır və qardaş dəstəyini daim davam etdirəcək. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, Azərbaycanın bir hissəsidir. Türkiyə dövləti haqlı mübarizəsində sonadək Azərbaycanı dəstəkləməkdə qətiyyətlidir. Bunu hər dəfə, hər yerdə demişik və Bakıda da təkrar ifadə edirik.AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop deyib.