Prezidentin köməkçisi: Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı dövlət səviyyəsində terror aktları həyata keçirir
19.10.2020 [16:54]
Xəbərin mətni
Ermənistan Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edir. Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı dövlət səviyyəsində terror aktları həyata keçirir.AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 19-da ADA Universitetində keçirilən brifinqdə deyib.