CƏMİYYƏT
Ağcabədinin yaşayış məntəqələri artilleriya atəşinə tutulub
19.10.2020 [18:05]
Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun cəbhə xəttinə yaxın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Nəticədə yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyir.Ağcabədi rayonunun düşmənin artilleriya atəşinə məruz qalan yaşayış məntəqələrindən biri Yuxarı Qiyaməddinli kəndidir. Sentyabrın 27-dən indiyədək kənddə 12 ev tamamilə dağılıb, 44 evə ziyan dəyib. 56 baş xırdabuynuzlu, 30 baş iribuynuzlu heyvan, 200 baş ev quşları, 12 arı ailəsi tələf olub, 1000 ədəd ot bağlaması yanıb. Erməni hərbçiləri bu gecə və səhər saatlarında növbəti dəfə kəndi atəşə tutublar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
28.05.2023 [22:21]
28.05.2023 [22:39]
25.05.2023 [22:19]
25.05.2023 [18:10]
21.04.2023 [09:33]
28.05.2023 [23:31]